Rusiyanın “Altius-U” PUA-sı peyk rabitə kanalı ilə təchiz olunub

Rusiyanın “Altius-U” PUA-sı peyk rabitə kanalı ilə təchiz olunub

Rusiyanın yeni “Altius-U” Pilotsuz Uçuş Aparatının (PUA) uçuş mənzilini artırmaq üçün peyk rabitə kanalı ilə təchiz olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi-sənaye kompleksindəki adı çəkilməyən mənbədən məlumat verilib.

Qeyd edək ki, “Altius-U” uzun müddət havada qala bilən PUA-dır və 2015-ci ildə təqdim olunub. PUA havada məlumatları toplayıb yerdəki mərkəzə ötürmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva

Mənbə: ordu.az