Hakerlər daha bir nüfuzlu şirkətin məlumatlarını oğurladılar

Yaponiyanın "Mitsubishi Electric" şirkətindən texnoloji məlumatlar oğurlayan iki çinli haker dəstəsi ifşa olunub.

Trend-in məlumatına görə, "Tick" və "Black Tech" adlanan təşkilatlar avvəllər də Yaponiya və Tayvan şirkətlərini yeni texnoloji informasiyalar əldə etmək üçün hədəf seçiblər.

Bildirilir ki, eyni təşkilatlar 2017-ci ildə "Mitsubishi Electric"in serverlərinə daxil olmaq istəyiblər, lakin bu cəhdlərin qarşısı alınıb.

"Mitsubishi Electric" hesab edir ki, hakerlər müdafiə sifarişlərinə, elektrifikasiyaya və dəmir yol sahəsinə aid məlumatları əldə etməyə çalışıblar.

Ötən həftə baş verən kiber hücum zamanı hakerlər "Mitsubishi Electric" şərkətinə aid 120 kompüterin və 40 serverin məlumatlarına daxil ola biliblər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO

SONRAKI XƏBƏR

Tramp dünyaya məsləhət verdi: Bir tətbiq, iki ləğv...