Britaniya saatda 4000 mil sürətlə uça bilən döyüş qırıcısı sifariş verməyi planlaşdırır

Britaniya saatda 4000 mil sürətlə uça bilən döyüş qırıcısı sifariş verməyi planlaşdırır

Britaniya Kral Hərbi Hava Qüvvələri saatda 4000 mil sürətlə uça, virtual reallıq dəbilqəsi (VR helmet) ilə idarə oluna biləcək döyüş qırıcısı sifariş verməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sifarişi üçün 100 milyon funtsterlinq nəzərdə tutulan “Tempest” stels qırıcılarının gələcəkdə “Typhoon” qırıcılarını əvəz edəcəyi güman edilir.

Qeyd olunur ki, dünyanın müxtəlif müdafiə sənayesi şirkətləri – “BAE Systems”, “Rolls-Royce”, “Leonardo” və MBDA - 2020-ci ilin sonuna qədər qırıcı ilə bağlı müvafiq təkliflər hazırlayıb Britaniya hökumətinə təqdim edəcək.

Sevinc Əliyeva

Mənbə: ordu.az