"WhatsApp"ın GİZLİ XÜSUSİYYƏTİ - silinən mesajları oxumaq üçün...

"WhatsApp"ın GİZLİ XÜSUSİYYƏTİ - silinən mesajları oxumaq üçün...

Dünyanın ən populyar mesajlaşma proqramlarından biri olan "WhatsApp"ın daha bir zəifliyi ortaya çıxıb.

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, "WhatsApp"ı telefondan silib yenidən yazdıqda, qarşı tərəfin silinmiş mesajlarını oxumaq olur.

Belə ki, mesaj silinsə də, yaddaşda ehtiyat nüsxəsi qaldığından onu qaytarıb görmək ethimalı var.

Silinən mesajları oxumağın başqa yolu isə xüsusi proqramlar yükləməkdir. Lakin mövcud olan tətbiqlərin təhlükəsizlik baxımından etibarlı olması sual altındadır.

Natəvan Baxşiyeva

Mənbə: big.az