Tesla-nın bazar dəyəri 100 milyard dolları aşaraq Volkswagen-ə yaxınlaşdı

Tesla-nın bazar dəyəri 100 milyard dolları aşaraq Volkswagen-ə yaxınlaşdı

Elektrikli avtomobil istehsalçısı "Tesla" şirkətinin bazar dəyəri ilk dəfə 100 milyard dollar səviyyəsini aşıb.


"Marja" xəbər verir ki, "Tesla"nın səhmləri Çərşənbə axşamı gününü 7.2% müsbətdə bağlamasının ardından, seans sonrası əməliyyatlarda da 1.4% bahalaşıb.

Nəticədə "Tesla"nın bazar dəyəri 100.1 milyard dollara çatıb. Almaniyanın avtomobil nəhəngi "Volkswagen AG" şirkətinin bazar dəyəri 100.6 milyard dollar ətrafındadır.

Elon Musk 346 milyon dollar ala bilər

Şirkətin bazar dəyəri davamlı bir şəkildə 100 milyard dolların üzərində qalması vəziyyətində "Tesla"nın rəhbəri milyarder Elon Musk, pul mükafatının 346 milyon dollarlıq ilk qisimini ala biləcək.

Tesla səhmlərinin bahalaşmasının səbəbi şirkətin sürpriz mənfəət açıqlanması və Çində zavodun istifadəyə verilməsidir.

48 yaşındakı milyarderin qurduğu şirkət, köklü avtomobil istehsalçılarının da olduğu elektrikli avtomobil bazarında qabaqcıl mövqedədir.

"New Street Research" şirkətinə görə, "Tesla" 2025-ci ildən sonra illik 2 - 3 milyon ədəd avtomobil satarak sektorda lider olacaq.

Mənbə: marja.az