Marsa səyahət kreditlə ola bilər

Marsa səyahət kreditlə ola bilər

ABŞ-ın “SpaceX” şirkətinin baş direktoru (CEO) Elon Musk minlərlə insanın Mars planetinə getmək arzusunu reallaşdırmaq üçün yeni layihə hazırlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, layihə səyahətin pulunu ödəmək imkanı olmayan insanlar üçün kredit sisteminin yaradılmasını nəzərdə tutur.

“Twitter” hesabında, hər 10 ilə min “Starship” raketi istehsal etmək istədiyini deyən E.Musk hər il yüz min immiqrantın Qırmızı Planetə köçməli olduğunu bildirib.

Marsa getmək istəyənlərə maddi yardım göstəriləcəyini və işlə təmin olunacağını bildirən CEO “İstəyən hər kəsə Marsa getmə imkanı verilməli, pulu olmayanlara kredit verilməlidir" deyib.

 

Mənbə: cebhe.info