Qardaş ölkə “Qəznəvi” raketini sınaqdan keçirdi

Qardaş ölkə “Qəznəvi” raketini sınaqdan keçirdi

Pakistan “Xatf 3” ballistik raketini uğurla sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Deyli Tayms” qəzeti yayıb. Raket Pakistan Silahlı Qüvvələrinin təlimi zamanı sınaqdan keçirilib.

Qeyd edək ki, “Xatf 3” raketi 290 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücündəndir. Bu raket həmçinin Mahmud Qəznəvinin şərəfinə həm də “Qəznəvi” adlandırılır.

“Qəznəvi” nüvə başlığı daşımaq gücündədir.

Mənbə: axar.az