Cənubi Koreya ilk dəfə sualtı qayıqlara qarşı təlimlərdə iştirak edir

Cənubi Koreya ilk dəfə sualtı qayıqlara qarşı təlimlərdə iştirak edir

Cənubi Koreya ilk dəfə Quam sahillərində keçirilən ABŞ, Yaponiya, Avstraliya, Yeni Zelandiya və s. müttəfiq dövlətlərin iştirak etdiyi “Sea Dragon” (Dəniz əjdahası) dəniz təlimlərində iştirak edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Seul təlimlərdə işitak etməsi üçün P-3C patrul təyyarəsini göndərib.

Yanvar ayının sonunadək davam edəcək təlimlərin məqsədi ölkələrin dəniz patrul əlaqələrini inkişaf etdirmək və sualtı döyüşlərə qarşı döyüş qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, Cənubi Koreya əvvəlki illərdə bu təlimlərdə ancaq müşahidəçi kimi işitrak edirdi.

Mənbə: ordu.az