iPhone 11-in selfi kamerasının imkanları nümayiş etdirildi - VİDEO

iPhone 11-in selfi kamerasının imkanları nümayiş etdirildi - VİDEO

"Apple şirkəti yeni reklam videoçarxında ekstremal vəziyyətdə iPhone 11 və iPhone 11 Pro ilə selfi imkanlarını nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, nümayiş olunan kiçik videoçarxlar "Slo-Mo selfi" şəklində çəkilib. Frontal kamera ilə nümayiş olunan yeni video kommersiya materialları Backflip və Whiteout şirkətləri tərəfindən hazırlayıb.

Qeyd edək ki, "Slo-Mo", yəni yavaşladılan klassik video Apple smartfonlarında bir neçə il əvvəl yaranmışdırsa, "Slofi" unikal funksiya yalnız iPhone 11, 11 Pro və 11 Pro Max-da mövcuddur. Video çəkilişlərində smartfona sanki qar yağır, lakin cihazın suya davamlılığını nəzərə alsaq, deyə bilərik ki, belə "soyuq duş" onun üçün dəhşətli deyil.

Şirkətdən verilən məlumata görə, iPhone 11-də quraşdırılmış yeni nəsil ön kameralar 120 fbs tezliyində çəkilişləri dəstəkləyir. Eyni zamanda, 12 Mp-lik modul geniş rəngli gamut üçün Smart HDR rejiminin dəstəyilə 4K @ 60 fps video çəkməyə də qadirdir.

Milli.Az

Mənbə: news.milli.az