İstifadəçilər MIUI 11-in yeniliklərindən razıdırlar

İstifadəçilər MIUI 11-in yeniliklərindən razıdırlar

Şirkət MIUI 12-ni hazırlayır, lakin mövcud versiyanı da unutmur.

Mənbənin yazdığına görə, MIUI yaradıcı komandası eksteryerə daxil olan növbəti dəyişikliklər barədə danışıb. Onlar hələ ki, proqram təminatının beta versiyasında tətbiq olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, MIUI 11 qaranlıq köşəsində kiçik dəyişikliklər edilib və rəng palitrasının yaxşılaşdırılması üzrə işlər aparılır. İkinci dəyişiklik ekran animasiyası və jestlə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilikləri qiymətləndirə bilməklə bəxti gətirən istifadəçilər "böyük məmnunluq ifadə ediblər".

Bütün təkmilləşdirmələrin MIUI 11-in qlobal versiyasında Çin yeni il təqvimindən sonra, yəni ən az bir ay sonra görünəcəyi gözlənilir.

Milli.Az

Mənbə: news.milli.az