Elmə məlum olmayan yeni viruslar aşkarlandı

Elmə məlum olmayan yeni viruslar aşkarlandı

Alimlər Tibetin “Quliya” buzluğundakı nümunələrin tədqiqi nəticəsində əksəriyyəti müasir elmə məlum olmayan viruslar aşkar ediblər. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər 15 min və 520 min illik buz nümunələrini araşdırıbar.

Nümunələr xüsusi hazırlanmış texnika vasitəsilə müasir mikroorqanizmlərin izlərindən təmizlənib. Mütəxəssislər, qədim buzlarda 28-i əvvəllər məlum olmayan 33 qrup virusun DNT qalıqlarını tapıblar.

Qeyd olunub ki, virusların insanlar üçün heç bir təhlükəsi yoxdur. Fakt budur ki, DNT virusları heç kimə sirayət edə bilməz. Tədqiqatlar yalnız onların təkamülünü ətraflı öyrənmək üçün lazımdır və əldə edilən biliklər sayəsində oxşar viruslara qarşı vaksinlərin hazırlanması nəzərdə tutulur.

Bildirilib ki, bu cür virusların mənşəyini öyrənmək əhəmiyyətlidir. Belə ki, iqlim dəyişikliyi nəticəsində dağıdıcı patogenlər ətraf mühitə yayıla bilər. Çünki, 2016-cı ildə buzaqların əriməsi nəticəsində Qarayaraya yoluxan maral cəsədi 2000 min maralın ölümünə və 96 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Buna görə də bu cür virusları öyrənmək çox vacibdir.

Mənbə: azvision.az