İnternet klublar məktəblərdən 100 metr aralıda olacaq

İnternet klublar məktəblərdən 100 metr aralıda olacaq

İnternet klub açmaq istəyən şəxslərdən kompüter biliyinə dair Türkiyənin Təhsil Nazirliyinin verdiyi sertifikat tələb olunacaq.

 Türkiyədə yeni qanun qüvvəyə minib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq internet klublar məktəblərə yaxın ərazidə fəaliyyət göstərməyəcək. Belə ki, yeni qanuna görə, internet klubları məktəblərdən 100 metr aralıda olacaqlar.

Bundan başqa, yeni qanunlara görə, internet klub açmaq istəyən şəxslərdən kompüter biliyinə dair Türkiyənin Təhsil Nazirliyinin verdiyi sertifikat tələb olunacaq. Əsas fəaliyyətdən kənar fəaliyyətlər isə məhdudlaşdırılacaq. Eyni zamanda internet klublarının üzərində oyunları reklam edən, şəxsləri bura cəlb edəcək reklamlara, ayrıca otaqların yaradılmasına da imkan verilməyəcək.

Qanundan irəli gələn göstərişlərə əməl edilməsi üçün internet klublara 3 ay möhlət verilib.

Mənbə: sputnik.az