“Xiaomi” Çindəki mağazalarını bağladı - Qorxunc SƏBƏB

“Xiaomi” Çindəki mağazalarını bağladı - Qorxunc SƏBƏB

Texnologiya nəhəngi "Xiaomi" şirkəti koronavirusla bağlı bir neçə günlüyə Çindəki mağazalarını bağlayacağını açıqlayıb.

Şirkət mağazalarının 28 yanvardan 3 fevrala qədər bağlı olacağını bildirib. Bu müddət ərzində məhsul əldə etmək istəyən istifadəçilərin tətbiq üzərindən onlayn alış-veriş etmələrini xahiş edib.

Qeyd edək ki, baş ofisi Pekində yerləşən "Xiaomi"nin Çində çox böyük şəbəkəsi var.

Şirkət 2019-cu ilin sonunda ölkə daxilində 100 yeni "Mi Store" istifadəyə verib.

Publika.az

Mənbə: olaylar.az