“Google” Azərbaycanda bank əməkdaşının yaratdığı - LAYİHƏNİ TƏSDİQLƏDİ

“Google” Azərbaycanda bank əməkdaşının yaratdığı - LAYİHƏNİ TƏSDİQLƏDİ

Azərbaycanlı və eləcə də “AccessBank”da çalışan Turqut Abdullayev Data Science (Aze: Verilənlərin elmi) inkişafına töfhə verib.

“Google”da çalışan Tensorflow mütəxəssisləri tərəfindən Keras Python üçün yaratdığı Hyperparameter tuning kitabxanası artıq hər istifadəçiləri üçün də əlçatandır.

FED.az Banker.az-a istinadən bildirir ki, bu kitabxananı Azərbaycanlı mütəxəssis Turgut Abdullayev yaradıb.

Qeyd olunur ki, kitabxana “Google” mütəxəssisləri tərəfindən bəyənilib.

Data Science təhsilinə QSS Analytics -də başlayan Turqut Abdullayev hazırda “AccessBank”da data science team lead və Data Science Academy-də təlimçi olaraq çalışır. O, həm də QSS Analytics şirkətində data science labın rəhbəridir.

Mənbə: fed.az