ABŞ "Huawei"i kommersiya sirlərini oğurlamaqda ittiham edib

ABŞ hakimiyyəti Çinin “Huawei” və onun dörd törəmə şirkətini ABŞ şirkətlərinin kommersiya sirlərini oğurlamaqda ittiham edib.

“APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, “Huawei” və onun törəmə şirkətləri (“Huawei Device”, “Huawei USA”, “Futurewei” və “Skycom”) öz bizneslərini inkişaf etdirmək məqsədilə illərlə həm ABŞ, həm də Çində ABŞ-ın altı texnoloji şirkəti də daxil olmaqla əqli mülkiyyətləri qanunsuz mənimsəməyə cəhd göstərib.

Oğurlanan məlumatlar kommersiya sirlərini, marşrutlaşdırıcılar üçün istifadəçi təlimatlarını, mobil antenaların və robot sınaq texnologiyalarının müəllif hüquqları ilə əlaqəli materialları əhatə edir.

“Huawei” ABŞ hakimiyyətinin bütün ittihamlarını rədd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Erməni jurnalist: “Paşinyan reytinqə malik komanda yoldaşlarından qorxur və növbəti hədəf Tonoyandır”

SONRAKI XƏBƏR

“İstəyirəm Mel Gibson ərim olsun” - Məşhurlarımızın Sevgililər günü arzuları