iPhone modellərinin istehsal sayı azalacaq

iPhone modellərinin istehsal sayı azalacaq

Apple, öz son pres relizində iPhone modellərinin bütün dünyaya ixracatını azaldacağını bildirib. Səbəb olaraq şirkət Çində Koronavirus səbəbindən bağlanan zavodları gətirib.

Şirkət rəsmiləri bildirib ki, istehsal mərkəzi koronavirusun yayıldığı əsas şəhərdən kənarda Xubey şəhərindədir ancaq xəstəliyin gələcəkdə yayılma ehtimalını azaltmaq üçün Xubeydəki istehsal dayandırılıb. Buna görə də ikinci kvartalda gözlənilən satış tendensiyası azalacaq. Nəzərdə tutulmuşdur ki, ikinci kvartal ərzində şirkət $63-67 Milyard qazanacaqdır.

Hal-hazırda Koronavirus kimi tanınan COVID-19 xəstəliyi 1873 can alıb və 73 332 nəfər bu xəstəliyə yoluxub.

Tariyel Ağazadə

Mənbə: techland.az