Küveyt “Airbus”dan H225M helikopterlərinin təhvil alınmasını dayandırıb

Küveyt “Airbus”dan H225M helikopterlərinin təhvil alınmasını dayandırıb

Küveyt texniki nasazlıqlar səbəbiylə H225M “Caracal” helikopterlərinin təhvil alınmasını dayandırıb. Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Küveyt Silahlı Qüvvələri təhvil verilən ilk iki helikopterin mühərriklərində texniki problemlərlə qarşılaşdıqdan sonra təfərrüatları araşdırmaq üçün bir komitə qurub.

Qeyd olunur ki, istehsalçı “Airbus Helicopter” şirkəti nazaslızlar barədə müvafiq hesabat təqdim edənə kimi helikopterlərin təhvil alınması dayandırılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az