Kipr Fransadan bir sıra raketlər sifariş verib

Kipr Fransadan “yer-hava” tipli “Mistral” raketləri və “Exocet” gəmi əleyhinə raketləri sifariş verib. Ordu.az xəbər verir ki, bu barədə Fransanın “La Tribune” nəşri cümə axşamı raket müqaviləsi barədə məlumat verib və Fransa Müdafiə Nazirliyi razılaşmanın olduğunu təsdiqləyib.

Qeyd olunur ki, Nazirlik “milli təhlükəsizlik” səbəbindən hər hansı bir detal açıqlaya bilmədiyini qeyd edib.

Məlumata görə, razılaşmanın ümumi qiyməti 240 milyon dollardır.

Sevinc Əliyeva
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə - Azərbaycan oyununun vaxtı açıqlandı

SONRAKI XƏBƏR

Putin köməkçisini işdən azad etdi