NASA Ay və Mars planları üçün yeni radioqüllə qurur

NASA kosmik agentliyin mühəndisləri Moxave səhrasının Kaliforniya ərazisinə yeni 34 metrlik radioqüllənin inşasına başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, radioqüllənin Ay və Marsa gedən ekspedisiyalarla əsas ünsiyyət vasitələrindən birinə çevrilməsi nəzərdə tutulur.

NASA-nın uzaqməsafəli kosmik rabitə şəbəkəsi (DSN) radio dalğalarının güclü pulslarını yaradan və çox zəif kosmik siqnalları tutan on güclü radioqülləsini birləşdirir.

Artemis (Ayın tədqiqi üzrə yeni proqram) proqramına əsasən DSS-23 adlı yeni anten inşa ediləcək. Bu anten digər bütün DSN radiolarından fərqli unikal xüsusiyyətə sahib olacaq. Onun üzərinə xüsusi güzgülər və optik qurğular quraşdırılacaq ki, bu da təkcə radio siqnallarını deyil, lazer nəbzlərini də çəkməyə imkan verəcək.

 

Bu, DSS-23-ün Mars və Aydan Yerə sürətli şəkildə ötürülməsinə imkan verəcək. Mütəxəssislər cihazın ilk sınağının 2022-ci ilin ikinci yarısında reallaşacağını və onun vasitəsilə kosmosdan yüksəkkeyfiyyətli şəkillər ötürməyə çalışacaqlarını qeyd edirlər.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Neftin qiyməti açıqlandı

SONRAKI XƏBƏR

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib