Dünyanın ən güclü 5 elektropikapı – SİYAHI

Dünyanın ən güclü 5 elektropikapı – SİYAHI

Son illərdə pikap həvəskarları daha çox elektriklə işləyən modellərə üstünlük verirlər. İstər ətraf mühitə təsiri, istər xərcinin azlığı, istərsə də sürət baxımından sələflərini üstələyən bu modellər sözsüz ki, yaxın bir neçə ildə avtomobil bazarını tam ələ alacaqlar.


TED.az dünyanın ən yaxşı 5 elektropikapını təqdim edir.


 

1. Tesla Cybertruck


Siyahıya ən populyar pikapla başlayaq. Avtomobilin bir, iki və üç mühərrikli olmaqla üç fərqli versiyası var. Ən güclü versiyası 100 km/s sürətə cəmi 2,9 saniyədə çatır. Cybertruck istifadəçiləri bu modelləri seçməklə birdəfəyə 400, 480 və 800 kilometr mənzil qət edə biləcəklər. Sonra isə yenidən batareya doldurulmalıdır.


 

2. Atlis XT

 

2019-cu ilin yanvarında təqdim edilən Atlis XT texniki xüsusiyyətlərinə görə siyahıdakı ən iddialı modellərdəndir. Avtomobil birdəfəyə 800 kilometr yol gedə bilir. Təxminən 12 ton dartma qabiliyyəti var. Atlis XT nə qədər nəhəng görünsə də gücünü cəmi bir mühərrikdən alır. Saatda 100 kilometr sürətə 5 saniyə ərzində çatır. Sürət həddi isə 200 km/s-dır.


3. Lordstown Endurance


General Motors şirkətinin də dəstəklədiyi Lordstown-un bu sahədə ən yaxşı təmsilçisi Endurance pikapıdır. Bİrdəfəyə 320 kilometr yol qət edə bilən elektropikapın ümumilikdə 600 at gücünə sahib 4 mühərriki var.


 

4. Bollinger B1


Dizayn baxımından sələflərini andıran B1 pikapı avtomobil həvəskarlarını iki elektromühərrik və 614 at gücü ilə sevindirir. 100 k/s sürəti cəmi 4,5 saniyəyə yığan modelin maksimum sürət həddi 160 km/s-dır.


 

5. Nikola Badger


Siyahının ən yeni və sonuncu modeli Badger təxminən 1 həftə təqdim edilib. Hidrogenlə çalışan elektropikap kimi dəyərləndirə biləcəyimiz Badger qısa müddətdə bütün dünyaya səs salmağı bacarıb. 906 at gücünə malik mühərriki ilə istənilən şəxsi təəccübləndirə biləəck model 100 km/s sürəti cəmi-cümlətanı 2,9 saniyəyə yığır. Batareyası və hidrogen çəni tam dolu halda olduğu təqdirdə birdəfəəlik mənzili 965 kilometr təşkil edir.


Cavid QƏDİR

Mənbə: ted.az