Feysbuk Amerikanı da aldatdı

Feysbuk Amerikanı da aldatdı

İnstaqram və WhatsApp kimi populyar tətbiqləri özündə cəmləşdirən Feysbuk yenidən qalmaqallarla çalxalanır. Sosial medianın kilid nöqtələrindən biri olan Feysbuk son illərdə bir çox qalmaqalların mövzusuna çevrilib.

TED.az xəbər verir ki, Feysbuk vergidən yayınmaqda ittiham olunub.

Mark Zukerberqin rəhbərlik etdiyi şirkətin İrlandiyada İRS adlı qurum yaratdığı və bununla da 9 milyard dollardan çox vergidən yayındığı bildirilir.

Feysbuk rəhbərliyinin yaxın günlərdə bir daha məhkəməyə çıxarılacağı deyilir. Çox güman, bu dava nəticəsində sosial media nəhəngi ciddi cəza ilə qarşılaşacaq.

 

Mənbə: ted.az