İlon Mask Bill Qeytsdən incidi: "Məndən maşın almadı"

İlon Mask Bill Qeytsdən incidi: "Məndən maşın almadı"

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, milyarder İlon Mask “Microsoft” şirkətinin banisi Bill Qeytsdən inciyib.

BiG.AZ-ın məlumatına görə, Qeyts “Tesla” elektromobili əvəzinə “Porsche Taycan” elektromobili alıb. Bu şirkət isə Maskın şirkəti ilə rəqabət aparır. Bu barədə İlon Tvitter səhifəsində yazıb.

Qeyts “Porsche Taycan” elektromobilini əldə etdiyini bloqçu Markes Braunlinin “YouTube” kanalına müsahibəsində deyib. O, qeyd edib ki, aldığı avtomobildən çox razıdır. Bundan əlavə, “Microsoft”un sahibi Maskın “Tesla” şirkətini bu sahəni inkişafa aparan şirkət kimi qeyd edib. Amma bununla yanaşı, Tesla markalı avtomobillərin mənfi cəhətlərindən də danışıb.

 

Mənbə: big.az