İlk kompyuterini 6 yaşında yığan ixtiraçı - Örnək

İlk kompyuterini 6 yaşında yığan ixtiraçı - Örnək

RuslanBayramov: "Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsiletmək üçün əlimdən gələni edəcəyəm” O, məktəbli alimdir.Universitetdə deyil, ümumi orta təhsil müəssisəsində yetişən gəncixtiraçılardan biridir. İxtiraları ilə müəllimlərini, münsifləri heyrətləndirənməktəblilərdəndir. 4 yaşında başlayan kompyuter sevgisi onu ixtiraçı olmağa qədərgətirib. Hazırda ölkəmizi Amerikada beynəlxalq müsabiqədə təmsil etmək üçünhazırlaşır.
Müsahibimiz "Sabahınalimləri” 9-cu respublika müsabiqəsinin qalibi, ABŞ-da müsabiqədə iştirak etməküçün seçilən məktəbli Ruslan Bayramovdur.
"Əlimdəngələni edəcəyəm”
Ruslan Zərifə Əliyevaadına liseyin 11-ci sinif şagirdidir. "Sabahın alimləri” yarışmasına üçüncüildir ki, qatılır və ikinci dəfə Amerikada keçirilən İSEF yarışmasında finalçıkimi ölkəmizi təmsil edəcək: "Bütün fənləri demək olar ki, eyni səviyyədə öyrənirəm.Doqquzuncu sinifdə oxuyarkən biologiya müəllimim mənə ekologiya kateqoriyasındaiştirak etməyi məsləhət verdi. İştirak etdim, lakin yer tuta bilmədim. Onuncusinifdə artıq özümün profil fənnim olan kompyuter elmləri ilə bağlı hazırlaşdımvə qızıl medal qazandım. Bu il də həmin kateqoriyada iştirak edib gümüş medalqazandım. Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etməküçün əlimdən gələni edəcəyəm”.
"İlkkompyuterimi atamla birlikdə yığdıq”
Bu gün ixtiraları iləhamını təəccübləndirən "sabahın alimi”nin kompyuterlə ilk tanışlığı 4 yaşındaolub: "Uşaqlıqdan bu sahəyə böyük marağım var idi. Daim kompyuterlərlə oynamaq,onu söküb, yenidən yığmaq istəyirdim. Oyundan çox məni kompyuterin işləməmexanizmi maraqlandırırdı. İlk dəfə kompyuteri 6 yaşım olanda yığmışam vəbirinci proqram dilini 12 yaşımda öyrənmişəm. Kompyuterlə ilk tanışlığım ondanda əvvəl idi, 4 yaşımdan kompyuter oyunlarını oynamağı sevirdim. Daha sonraatama necə işləməsi ilə bağlı suallar verirdim. Atam mənə onun hissələrinitanımaqda və qoşmaqda kömək edirdi. Nəticədə ilk kompyuterimi atamla birlikdəyığdıq”.

"Marağımqalib gəlirdi”
Adətən valideynlər 4yaşında uşağın kompyuterlə vaxt keçirməsinə, oyun oynamasına etiraz edirlər. Həmsöhbətimizdeyir ki, onun da valideynləri Ruslana məhdudiyyətlər qoyub: "Atam kompyutertexnologiyaları sahəsində mütəxəssis deyildi. O sahə ilə maraqlanırdı, ammaixtisası tam fərqli idi. Valideynlərim gözümün zəifləməməsi üçün kompyuterqarşısında keçirdiyim vaxta məhdudiyyətlər qoyurdular. Amma marağım qalib gəlirdi.Elə ətrafdakı problemlərə baxa-baxa layihələr qururdum. Hər layihəmə fərqlireaksiyalar alırdım. Bəzilərinin layihələr xoşlarına gəlir, mənə əhsən deyirdilər,bəziləri isə nə etmək istədiyimi anlamırdı. Bu layihələrdən başqa marağımdarobotiks də var. Oktyabr ayında dünyanın ən böyük robotiks yarışında - Dubay şəhərindəFirst Global 2019-da Azərbaycan milli yığmasının kapitanı oldum. First Globaldünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədənkomandalar iştirak edir. Ölkəmiz həmin yarışda 29-cu yeri qazandı. Bundan başqa,Rumıniyada və Ukraynada keçirilən beynəlxalq olimpiadalarda iştirak etdim.Robotikslə doqquzuncu sinifdə tanış oldum, məktəbimizdə bu sahə ilə bağlı dərslərkeçirilir”.
"Bulayihə ilə "Goldenbyte” yarışmasında 1-ci yerə layiq görüldüm”
Ruslanın bu il təqdimetdiyi layihənin məqsədi dərin öyrənmə ilə bitkilərin xəstəliklərinin robotvasitəsi ilə aşkar olunmasıdır: "Layihəmdə robot kiçik sahələrdə gəzib kameravasitəsi ilə məlumat toplayır, sonra isə o məlumatları kompyuter vasitəsiləanaliz edib bitkilərin diaqnozunu göstərir”.
Ruslan keçən il kiçik vəböyük sahibkarları işə qoşmaq üçün "Blokçeyn” platformasında vebsaytla iştirakedib: "Bu layihə məhsulları satan və məhsulları alan sahibkarlar arasında əlaqəqurmaqdan ibarət idi. Layihə üzərində 2017-ci ilin dekabrından işləməyəbaşladım. Məqsədim iqtisadi münasibətlərdə alıcını və istehsalçını "Blokçeyn”texnologiyası ilə birləşdirmək idi. "Blokçeyn” texnologiyası bankın müdaxiləsiolmadan hesab əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu isə sürətli ödəmələrprosesinin tətbiq olunmasına yol açır. Hazırda bu layihədə istifadə etdiyimtexnologiyaları və tətbiqləri digər işlərimlə də əlaqələndirirəm. Bu layihə iləAzərbaycanda "Goldenbyte” yarışmasında 1-ci yerə layiq görüldüm və ölkəmiziKiyevdə təmsil etdim. Bundan başqa, Rumıniyada keçirilən "Infomatrix WorldFinal” yarışında proqramlaşdırma nominasiyası üzrə eyni proyektlə üçüncü yeriqazandım. Rumıniyada keçirilən yarışda 47 ölkə iştirak edirdi. Maraqlı hadisələrdənbiri isə türklərin bizi öz məktəblərinə dəvət etməsi və şam yeməyinə qonaqçağırmaları oldu. Onlar Azərbaycanın mədəniyyətini və incəsənətini çox yaxşı bilirdilər.Daha sonra proyekti inkişaf etdirdim və 2019-cu ildə keçirilən "Sabahın alimləri”yarışmasında, kompüter elmləri nominasiyasında birinci yerə layiq görüldüm, vəölkəmizi İSEF yarışmasında təmsil etmək hüququ qazandım”.
"Blokçeyn”lə bağlı layihəninüstünlüyündən danışan məktəbli deyir ki, iki tərəfin arasında vasitəçiolmadığına görə, onlar daha çox qazana və inkişaf edə bilərlər. Bu isə iqtisadiinkişafa, iş yerlərinin yaradılmasına və mağazalarda insanlar üçün qiymətlərinucuzlaşmasına gətirər.


"Plastikyeyən qurdlar”
İxtiraçımızın növbətiixtirası 2 il bundan öncə təqdim etdiyi penoplast və plastik materiallarınqurdlarla təbiətdən çıxarılması layihəsidir: "Un qurdlarında xüsusibakteriyalar var ki, onlar plastiki yeməyə qadirdir. Bu xüsusiyyətdən istifadəedərək okeanlarda yığılan tullantıları təmizləmək olur. Bu layihəmlə dəyarışmalarda iştirak edib, uğur qazanmışam”.
Ruslan deyir ki, layihəyəbaşlamazdan öncə ABŞ-da qalib gələn layihələri analiz edib: "Bundan sonra özümbir ideya fikirləşdim və onun realizasiyası üçün İnformasiya Texnologiyalarıİnstitutuna müraciət etdim. Elə bu gün də layihə üzərində çalışmağa davam edirəm”.

"Süniintellekt sahəsində biznes”
Gələcək planlarındandanışan "sabahın alimi” vurğulayır ki, əsas hədəfi süni intellekt sahəsindəbiznes qurmaqdır: "Alim olmaq istəyərdim ki, Azərbaycanın beynəlxalq arenadanüfuzunu yüksəldim. Hazırda 11-ci sinifdə oxuyuram, SAT və İELTS imtahanlarınıvermişəm və istəyirəm ki, təhsilimi Çində davam etdirim. Əsas arzum süniintellekt sahəsində biznes qurmaqdır. Kumirim isə Elon Maskdır”.
Məlumat üçün bildirək ki,11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm vəMühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək.Müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinəfizika və astronomiya kateqoriyası üzrə "Böyük mükafat” münsifi qismində azərbaycanlıalim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, "Sabahın alimləri” Respublikamüsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov da daxil edilib.
Qeyd edək ki, 1958-ci ildənetibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80ölkədən IX-XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildənetibarən "Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarətkomanda İSEF-də Azərbaycanı uğurla təmsil edir. AygünƏZİZ

Mənbə: kaspi.az