Çində avtomobil satışı 92 % azalıb

Çində avtomobil satışı 92 % azalıb

Çində koronavirus epidemiyası səbəbindən fevral ayının ilk iki həftəsində avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 92 faiz azalıb.


Primetime.az xəbər verir ki, Çin Sərnişin Nəqliyyat Vasitələri Birliyinin baş katibi Cui Dongshu, 1-16 fevral tarixləri arasında demək olar ki, heç kim bir avtomobil almadığını söyləyib. Cui-nin açıqladığı məlumatlara görə, fevral ayının ilk həftəsində azalma nisbəti 96 faiz təşkil edib. Bu ayın ilk 16 günündə Çində yalnız 4.909 avtomobil satılıb. Ötən il ərzində 59 930 nəqliyyat vasitəsi satılıb. 2019-cu ildə təxminən 1,4 milyard əhalisi olan Çində 25 milyondan çox vasitə müştərilər tərəfindən alınıb. Həmçinin Yaponiyanın Nissan və Honda avtomobil şirkətləri, epidemiya mərkəzinə yaxın fabriklərinin açılmasını 11 Marta qədər təxirə salıb.


Epidemiya səbəbiylə Çindəki avtomobil fabriklərinin bağlı qalması qlobal təchizat zəncirinə də təsir göstərir. Çində on minlərlə avtomobil hissələri istehsal olunur.

Mənbə: primetime.az