Bakteriyalara qarşı yeni antibiotik

Bakteriyalara qarşı yeni antibiotik

Bəzən antibiotiklərin istifadəsi bakteriyaların güclənməsinə və müqavimət zəifləməsinə səbəb olur. Lakin MakMaster Universitetində Biokimya və Biomedika Elmləri üzrə doktorluq müdafiə edən Bet Clap, bakteriyaları öldürən yeni bir antibiotik kəşf etdi.Ölməmək üçün quruluşunu dəyişdirən bakteriyalara hücum edən və bənzərsiz bir quruluşa sahib olan bu yeni antibiotik qrupu hər kəsi təəccübləndirdi. Bakteriyalara hücum edən və antimikrob müqavimətlə mübarizə edən bu antibiotik qrupu tibb üçün ümidverici bir işıq olaraq qarşımıza çıxır.

Yeni 'Corbomycin' və 'Complestatin', bakteriyaların hüceyrə divarlarını nazildərək bakteriyaları təsirsiz hala gətirir. Beləcə quruluşu dəyişmiş və ya antibiotiklərə müqavimət göstərən bakteriyalar ölür. Kəşf, torpaq bakteriyaları tərəfindən ifraz olunan 'Glikopeptitlər' adı verilən bir antibiotik ailəsindən gəlir.

Araşdırmaçılar antibiotiki əvvəl siçanlarda sınadı. Aparılan təcrübələr nəticəsində siçanların, bu yeni antibiotiklərə rahatlıqla uyğunlaşma təmin etdiyi müşahidə edildi.

Bet Clap, bakteriyaların hüceyrələrinin xaricində bir divarı olduğunu, bu antibiotikin isə bu divarı ortadan qaldırmaq yerinə divarı daha da gücləndirərək bakteriyaların çoxalmasına maneə törətdiyini söyləyir.

Beləcə yeni olan bu antibiotik növüylə birlikdə xəstəliklə müqavimət göstərən bakteriyaların ciddi nisbətdə azalacağını söyləmək mümkündür.

 

Mənbə: news.milli.az