Havanın çirklənməsi ilə infarkt arasında əlaqə

Alimlər, havanın çirklənməsi ilə infarkt arasındakı əlaqəni göstərən araşdırma aparıb. Araşdırmada, çirkli havadakı çox kiçik hissəciklərin sağlamlığa riski yaratdığı qeyd edildi və havanın çirklənməsinə məruz qalandan sonrakı ilk bir neçə saatın əhəmiyyətli olduğu bildirildi.

Yel Xalq Sağlamlığı Məktəbinin araşdırmaçıları havanın çirklənməsinin ölümcül olmayan infarktlara səbəb ola biləcəyini göstərən araşdırma apardılar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Environmental Health Perspectives dərgisində nəşr olunan araşdırmada bildirilir ki, kiçik hissəcikləri ətrafa ən çox yayan avtomobillərdir. Avtomobil emissiyasının təsirini, elektrikli vasitələrin əhəmiyyətini vurğulayan alimlər, uzun müddətdir bu çox kiçik hissəciklərin ürək sağlamlığına zərər verdiyindən şübhələnirdilər.

Bu hissəciklər, çox kiçik olduqları üçün qan dövranına daxil olub hüceyrələrə çatır. Geniş sahəni əhatə edə bilən bu hissəcikləri nəfəslə aldıqda onları hiss etməyə bilərsiniz.

Başqa bir araşdırmada da havanın çirklənməsinə məruz qalmağın insanlarda saç tökülməsinə səbəb olduğu müşahidə edilib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Nazarov 90 dəqiqə oynadı, "Aue" 1 xalla razılaşdı

SONRAKI XƏBƏR

Sidik kisəsi xərçəngini simptonlarından 10 il qabaq müəyyən etmək olacaq