Huawei’dən yeni əyiləbilən smartfon Mate Xs

Huawei’dən yeni əyiləbilən smartfon Mate Xs

Çin nəhəngi Huawei yeni əyiləbilən smartfonu Mate Xs-i təqdim edib. Modelin daha nazik gövdəyə malikdir və daha etibarlı Falcon Wing konstruksiyası ilə təhciz olunub.
Yeni modelin OLED ekranı xüsusi polimer örtüklə qorunur. Ekranın üzərindən isə daha bir qoruyucu qat vurulub. Bu qatı çıxarmaq istehsalçı tərəfindən məsləhət görülmür.
Cihaz Android 10 ƏS ilə Huawei’in EMUI örütüyü əsasında işləməyinə baxmayaraq Google servislərin dəstəkləmir. Əvəzində smartfon “Huawei Mobile Services” platformasını istifadəçilərə təqdim edir.

Modelin göstəriciləri:
Displey: 8″ (açıq formada), 6,6″ и 6,38″ (Сложенное состояние), 19,5:9, 2480×2200
Prosessor: 8 nüvəli Kirin 990, Mali-G76
Kamera: 40 Mp, f/1,8 (əsas) + 8 Mp, f/2,4 (teleobyektiv) + 16 Mp, f/2,2 (enli bucaq) + ToF sensoru
Yaddaş: 8 GB RAM, 512 GB əsas yaddaş
Batareya: 4 500 mAs, sürətli şarj SuperCharge на 55 Vt
ƏS: Android 10, EMUI 10
Şəbəkə: USB Type-C, Wi-Fi 802.11ac, Bluetooth 5.0, GPS, 5G

Modelin satışlarına apreldən start veriləcək və ən sadə 8/512 GB-lıq versiya 2499 Avroya təklif olunacaq.

Tariyel Ağazadə

Mənbə: techland.az