Yenilənmiş Citroen C3 hetçbeki debüt edib - FOTO

Üçüncü nəsil Citroen C3 hetçbeki planlaşdırılmış yeniləməyə məruz qalıb. C4 Cactus krossoverinin üslubunda dizayna malik olan yığcam model dəyişdirilmiş ön hissəni, eksteryerin 97 variantda tərtibatını, 11 elektron təhlükəsizlik sistemini və yeni Advanced Control oturacaqlarını əldə edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Citroen şirkətindən yenilənmiş C3 modelinin ön hissəsinin dizaynının CXPERIENCE konseptindən ilham alınaraq yaradıldığını bildirilib. Yenilənmiş hetçbeki xrom "bığlar", yeni fənərlər, dəyişdirilmiş Airbump örtmələri və fərqli dizayna malik olan 17-düymlük təkər diskləri sayəsində tanımaq olar. Fərdiləşdirmə proqramı eksteryer tərtibatının 97 variantını təklif edir. Yenilənmədən əvvəl bu variantların sayı 36 idi. Citroen C3 modelinin rəng palitrasına üçün iki yeni çalar daxil edilib: Elixir Red və Spring Blue. Bundan başqa, hetçbek üçün dörd dam rəngi və eyni sayda staylinq-paketlər təklif olunur.

Bundan əlavə, hetçbek poliuretandan hazırlanmış və yaddaşı olan yumşaq Advanced Comfort oturacaqları (qat qalınlığı 2 ilə 15 mm arasında artıb), ön parkinq sensorları, firma servislərinə çıxışı olan mediasistem (təcili yardım, səslə idarələnən naviqasiyası, smartfon və videoyazıcını qoşaraq social şəbəkələrdə paylaşmalar etmək imkanı verən platforması olan), həmçinin 11 elektron təhlükəsizlik sistemi ilə təchiz edilir. Bunların arasında yoxuş köməkçisi, yol nişanlarını tanıma, avtomatik uzaq işıqlar, arxa görüntü kamerası, kor zonalara nəzarət və zolaqda saxlama funksiyaları da vardır.

Yenilənmiş Citroen C3 modelinin mühərrik çeşidinə üçsilindrli 1.2-litrlik PureTech benzin mühərriklərii ( 83 və 110 a.q.), həmçinin 1.5-litrlik BlueHDi dizeli (100 a.q.) daxil edilib. Ən zəif benzin mühərriki və dizel aqreqatı beş pilləli mexaniki qutu, ən güclü turbomühərrik isə 6-pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə birlikdə çalışırlar.

 

Avropada yenilənmiş Citroen C3 üçün sifarişlərin qəbulu bir neçə aydan sonra başlanacaqdır. Avtomobillərin müştərilərə çatdırılması iyul ayına planlaşdırılır. Yenilənmiş modelin qiymətləri hələlik açıqlanmayıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

SONRAKI XƏBƏR

Xocalı soyqırımı-28 (VİDEO)