Daha bir qurum əməkdaşlarına TikTok-u qadağan etdi

Daha bir qurum əməkdaşlarına TikTok-u qadağan etdi

Daha bir qurum əməkdaşlarına TikTok-da video çəkməyi qadağa edib.


TED.az xəbər verir ki, ABŞ senatrolrından Çak Şumerin göndərdiyi məktubdan sonra Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) işçilərinin TikTok videoları çəkməsinə qadağa tətbiq edib.


TSA-dan verilən açıqlamada qurumun heç zaman TikTok-da kontent yayımlamadığı, yaxud insanları TikTok-a yönləndirmədiyi vurğulanıb. Qeyd olunub ki, bəzi işçilər daha öncə sosial media hesablarında paylaşmaq üçün videolar çəkiblər və bunun üçün şaxsı cihazlarından istifadə ediblər.


Qurumun tabe olduğu Daxili Təhlükəsizlik Nazirliyi dövlət tərəfindən verilən cihazlarda TikTok istifadəsini qadağan edib. Şumerin göndərdiyi məktubda da bunun xahiş edildiyi qeyd edilib.


Görünən odur ki, Huawei və digər çinli şirkətlər ilə iqtisadi müharibə aparan ABŞ hökuməti Çinə məxsus TikTok-un istifadəsini qadağan etmək üçün bütün yollara əl atmaqdan çəkinmir.

Mənbə: ted.az