iPhone-lardakı bu Instagram funksiyası Android-lərdə də əlçatan olacaq

Instagram istifadəçilərini yeni funksiyalarla sevindirməyə davam edir. Platformadakı bəzi yeniliklər sırf iPhone-lar üçün olsa da, əksəri Android telefonlara da şamil olunur.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Instagram-ın ilk olaraq iPhone-larda tətbiq edilən təqibçi silmə funksiyası Android telefonlarda da əlçatan olub.

Instagram profilimizdə təqibçi sayı artdıqca istəmədiyimiz şəxslərin bizi izləməsi kimi xoşagəlməzliklər ortaya çıxır. Bunun qarşısını almaq üçün isə həmin şəxsi əngəlləməyə məcbur olurduq. Əngəli ləğv etdikdə bu istifadəçi bizi izləmirdi. iOS istifadəçiləri isə bu yaxınlarda təqdim edilən “İzləyicini sil” funksiyası ilə bu çətinlikdən can qurtarıblar. Artıq sözügedən funksiya Android istifsdəçiləri üçün də əlçatan olacaq.


Bu barədə Jane Manchun Wong adlı bloger məlumat yayıb.


Həmin xüsusiyyətin Android versiyasının nə zaman yayımlanacağı bəlli deyil. Ancaq bunun üçün çox gözləmək lazım gəlməyəcəyi bildirilir.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunur

SONRAKI XƏBƏR

DTX-nın HƏBS ETDİYİ CASUS ZABİTƏ ƏN AĞIR CƏZA – Ömürlük azadlıqdan məhrum edildi!