Yer kürəsinin yeni təbii peyki kəşf edilib

Yer kürəsinin yeni təbii peyki kəşf edilib

"2020 CD3" kiçik asteroidi müvəqqəti olaraq Yer kürəsinin ikinci təbii peykinə çevrilib.

“Report” xəbər verir ki, bu barədə Smitson Astrofizika Rəsədxanasının Kiçik Planetlər Mərkəzinin məlumatında bildirilir.

“Orbitlərin uzlaşmasına görə həmin cisim Yer kürəsinə müvəqqəti bağlanıb. Günəş işığının təzyiqi ilə bağlı hər hansı sapma əlamətləri, habelə məlum olan süni obyektlə əlaqəsi aşkarlanmayıb”, - deyilən açıqlamada asteroidin diametrinin 1-6 metr olduğu qeyd olunub.

Mənbə: report.az