“Mobile World Congress 2020”nin ən yaxşı smartfonu açıqlandı

“Mobile World Congress 2020”nin ən yaxşı smartfonu açıqlandı

Məlum olduğu kimi, koronovirusa görə “Mobile World Congress” tədbiri təxirə salındı. Bu hadisə 33 ildir ki keçirilən sərginin tarixində təxirə salınan ilk tədbir idi.

TED.az xəbər verir ki, lakin buna baxmayaraq, sərgi şərçivəsində “Ən yaxşı cihaz” üzrə mükafatın təyin edilməsi planlaşdırılmış qrafik əsasında keçirilib.

GSMA rəsmilərinin açıqlamasına görə, bu il OnePlus 7T Pro smartfonu ilin “Ən yaxşı cihaz”ı mükafatına layiq görülüb. Mükafata namizəd telefonlar sırasına iPhone 11 Pro, Samsung Galaxy Fold və Huawei P30 Pro da yer alıb.

OnePlus 7T Pro smartfonun seçilməsinə səbəb kimi, cihazın sürətlə işləməsi, sürətli enerji yığması və yaxşı proqram təminatının olması göstərilib.

Qeyd edək ki, ötən il sözügedən mükafat Huawei Mate 20 Pro smartfonu layiq görülmüşdü.

Mənbə: ted.az