Oğruları tapmaq asanlaşdı – Yeni sistem işə düşür

Rusiya cinayətkarları, oğruları və şübhəli şəxsləri tapmağı asanlaşdıracaq yeni sistemi işə salmağa hazırlaşır.

Rubrika.Az "Yeni Sabah"-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin tabeliyində olacaq Federal Biometrik Qeydiyyat İnformasiya Sistemi 2021-ci ilin sonlarına doğru işə düşəcək.

Bildirilir ki, bundan sonra "ağıllı" kameralar şübhəli şəxsləri təkcə üzündən yox, həm də səsindən, göz bəbəklərindən, bədənin açıq hissələrində olan tatulardan, hətta yerişindən də tanıya biləcək.

Bundan başqa, cinayətkarları müəyyənləşdirməyin daha fərqli yolları da test ediləcək.

Rubrika.az

ƏVVƏLKİ XƏBƏR

Diqqət: Bu qidaları yesəniz... - Mütəxəssisdən şok çağırış/Video

SONRAKI XƏBƏR

Şarapova idmandan getdi