Koronavirus: maskaları kim, harada və necə taxmalı?

Koronavirus: maskaları kim, harada və necə taxmalı?

Azərbaycanın cənub qonşusu İran da daxil olmaqla, 30-dan artıq ölkədə qeydə alınan CoVİD-19 koronavirusuna görə tibbi maskaların çatışmazlığı barədə xəbərlər yayılmaqdadır.

BBC News Azərbaycancaya danışan bəzi Bakı sakinləri paytaxtda tibbi maskaların tapılmamasından, eləcə də qiymət artırımdan şikayətləniblər.

Bəzi apteklərdən bildirilib ki, bir nəfərə satılan maskaların sayına da məhdudiyyətlər qoyulub.

Bəs maskalar lazımdırmı və onların effektivliyi necədir? - BBC News Azərbaycanca onların növləri və praktiki istifadə qaydalarına nəzər salıb.

Tibbi maskaların növləri

Yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə mütəxəssislər tibb işçiləri üçün N95 respirator maskasını tövsiyə edirlər.

Bu maska nəfəslə yayıla biləcək kiçicik hissəciklərin ən azı 95 faizinin qarşısını alan xüsusi filtrlə təchiz olunub.

Bəzi ehtimallara görə, koronavirusun ölçüsü bu filtrin ələyindən daha kiçikdir. Belə çıxır ki, bu halda filtrli respiratorlarda tam müdafiəni təmin etmir.

Bu növə aid maskalar üzə sıx oturur və kənar hissəciklərin burun və ağız nahiyəsindən bədənə daxil olmasına mane olur.

Belə maskalara daha çox tibbi müəssisələrdə rast gəlmək olar.

Ancaq insanların kütləvi istifadə etdiyi masklar birdəfəlik cərrahi maskalarıdır.

Onlar nisbətən iri damcı hissəciklərin qarşısını ala bilər. Virusoloqların çoxu bu maskaların hava ilə ötürülən viruslara qarşı effektivliyinə şübhə edir.

Lakin onların əldən ağıza ötürülə biləcək bir sıra infeksiyanın qarşısını ala biləcəyinə dair bir sıra dəlil mövcuddur.

Cərrahi maskalar adətən üzə sıx oturmur, onun ətraflarında əmələ gələn boşluqlar "sızmalara" yol aça bilər.

Koronavirus: dünya pandemiyaya "hazır olmalıdır"

Üz maskasını nə vaxt taxmalı?

İnfeksiyadan əziyyət çəkən insana qayğı göstərərkən maska taxmaq məsləhətdir.

Həkimlərin tövsiyəsinə görə, maskası asqıran və ya öskürən şəxslər də taxmalıdır.

Maskalar əllərin təmiz saxlanıldığı halda effektiv olur, tibb işçiləri xatırladır.

"Ümumilikdə, maskaya ehtiyac hiss edən hər kəsə onu taxmaq tövsiyə olunur", - İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) bildirir.

İran-Azərbaycan sərhədi bağlıdırmı? Astarada vəziyyət necədir?

Maska taxmazdan əvvəl əllərinizi sabunla yuyun və ya spirt tərkibli təmizləyici (dezinfektant) maddə ilə təmizləyin.

Ağız və burun nahiyəsini örtün və əmin olun ki, üzünüzlə maska arasında boşluq qalmayıb.

İstifadə edərkən maskaya toxunmamağa çalışın. Əks təqdirdə onun üzərində ola biləcək infeksiya əllərinizə keçə bilər.

Sətəlcəm kimi başlayan yeni virus barədə nə məlumdur?

Üz maskasını necə çıxarıb atmalı?

Birdəfəlik maskalardan təkrarən istifadə etməyin.

Maska nəmli olarsa onu yenisi ilə əvəzləmək lazımdır.

Maskanı arxa tərəfdən çıxarın. Onun ön hissəsinə toxunmayın, çünki onun üzərində infeksiya ola bilər.

Uşaqların koronavirusa yoluxmadığı doğrudurmu və bunun səbəbi nədir?Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı?

Maska öz yerində, amma əllərinizi yumağı unutmayın

Maska öz yerində, amma təmiz əllər infeksiyanın qarşısında ilk və ən mühüm müdafiə baryerlərindən biri olmalıdır.

Buna görə də, yoluxucu xəstəliyin qarşısını almaq üçün əllərinizi sabunla yumağı unutmayın.

Əlləri necə yumalı - videonu burada izləyin.

Əgər onları yumaq mümkün deyilsə, spirt tərkibli təmizləyici (dezinfektant) maddədən istifadə edin.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanın Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri:

• əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

• əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.

Mənbə: www.bbc.com