Naməlum təyyarələr Britaniyanın hava məkanına daxil olmağa çalışıb

Naməlum təyyarələr Britaniyanın hava məkanına daxil olmağa çalışıb

Britaniya hava məkanına doğru hərəkət edən naməlum təyyarələri dayandırmaq üçün Kral Hərbi Hava Qüvvələrinin “Typhoons” qırıcıları havaya qalxıb. Ordu.az xairici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Kral Hərbi Hava Qüvvələrinin mətbuat katibi məlumat verib.
O qeyd edib ki, şübhəli təyyarələrin Rusiyaya məxsus olduğu güman edilir. Bildirilir ki, qırıcların ani reaksiyası nəticəsində naməlum təyyarələrin hava məkanına daxil olmasına imkan verilməyib.
Mətbuat katibi təyyarələrin sayı və növü barədə məlumat verməyib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az