Filippin Cənubi Çin dənizində dəniz patrulları üçün təlim təyyarələri yerləşdirib

Filippin Cənubi Çin dənizində dəniz patrulları üçün təlim təyyarələri yerləşdirib

Filippin Hərbi Hava Qüvvələri Cənubi Çin dənizi üzərində dəniz patrul missiyaları yerinə yetirmək üçün üç “Marchetti” S.211 təlim təyyarəsini yerləşdirib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu addım dənizdə baş verən qeyri-qanuni hərəkətlərin qarşısını almaq üçün atılıb.

Qeyd olunur ki, təyyarələr Palaban adasındakı “Antonio Bautista” aviabazasından fəaliyyət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az