Hakerlər bu dəfə məşhurları hədəf alıb – Castin Biber, Cek Dorsi…

Hakerlər bu dəfə məşhurları hədəf alıb – Castin Biber, Cek Dorsi…

Hakerlər MGM Resorts əyləncə şirkətinin 10,6 milyon müştərisinin fərdi məlumatlarını oğurlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, zərər çəkənlər sırasına bir neçə yüksək rütbəli məmur, məşhur musiqiçi Castin Biber və Twitter-in yaradıcısı Cek Dorsi də olub.

Oğurlanmış məlumatlarda müştərilən ad, soyad, doğum tarixi, ev ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, yəni bir sözlə, internetdə rahatlıqla əldə ediləcək məlumatlar olub. Lakin 1,3 min müştərinin şəxsiyyət vəsiqəsini təsdiq edən məlumatlar da ələ keçirilib.

Hadisə ilə bağlı məlumat yayan şirkət nümayəndələri hakerlərin müştərilərə maliyyə ziyanı vurmadığını bildiriblər. Qeyd edək ki, MGM Resorts International əyləncə, qonaqlıq sferasında fəaliyyət göstərən və ən böyük müştəriyə sahib olan şirkətlərdən biridir.

Milli.Az

Mənbə: news.milli.az