Tarixdəki ölümcül və ən yoluxucu xəstəliklər – Qarşısı necə alındı?

Tarixdəki ölümcül və ən yoluxucu xəstəliklər –  Qarşısı necə alındı?

İnsanoğlu bəşəriyyət boyu həyatda qalmaq üçün xüsusi əzmkarlıq göstərib.

Olaylar.az bildirir ki, böyük itkilər verilsə də, bəşəriyyət indiyə qədər baş verən ən dəhşətli hadisələrdən, ölümcül və yoluxucu xəstəliklərdən belə xilas olmağı bacarıb.

Bu xəstəliklərə qısa nəzər yetirək:

Antonin vəbası - Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir.

Bu epidemiya Roma İmperatorları Lusius Verus və Markus Aurelius Antoninusun ölümünə səbəb olmuş, imperiya ümumi əhalisinin 30 faizini itirmişdi.

Yustinian vəbası - İmperator Justinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən, Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya çatdı. Yustinian, Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsi ilə daxil olmuşdu.

Əvvəlcə gündə bir neçə yüz insan ölürdüsə, sonradan gündə 100 nəfərə yaxın insan həyatını itirdi. Xəstəlik səbəbilə Konstantinopol əhalisinin 40 faizi həlak olub. Epidemiya işçi qüvvəsi və əsgər sayının azalmasına səbəb oldu və Bizansın zəifləməsinə ilə nəticələndi.

Qara vəba - Avropa ölkələrində 1347-53 illərdə baş vermiş taun pandemiyasına deyilirdi (24 mln. adam - həmin dövrdə Avropa əhalisinin təqr. ¼-i tələf olmuşdu). Qara ölüm 1361 və 1369 illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi. Böyük Moskva knyazlığında və Yaxın Şərqdə də yayılmışdı.

Amerikalı hindular arasında yayılan suçiçəyi - XV əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı kəşfiyyatçılar burada yaşayan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində öldü.

Bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə etməsini çox asanlaşdırdı.

 

Kokoliztli epidemiyası - Meksika olaraq bilinən bölgədə "Yeni İspaniya" adlandırılan XVI əsrdə eyni dövrdə meydana gələn epidemiya, koksiztli yayılması kimi tanınır. Bu gün edilən müayinələr nəticəsində 1520-1576 arasında təxminən 15 milyon insanın ölümünə səbəb olan balıqlarda tapılan salmonella bakteriyasından qaynaqlandığı düşünülür. Bu, Maya sivilizasiyasının sonunun başlanğıcı olub və illərlə Venesueladan Kanadaya qədər yayılıb.

Yeddi fərqli vəba epidemiyası - Sivilizasiya tariximizdə yeddi əsas xolera epidemiyası var idi, lakin bunlardan ən ölümcülü 1852-1860 arasında baş vermiş hadisəsi idi. Xoleranın əsas səbəbi içməli suyun çirklənməsi idi. Rəsmi qeydlərə görə, hətta Rusiyada 1 milyon insanın ölümünə səbəb olan epidemiya, oradan Avropa və Afrikaya, nəhayət Amerikaya keçib.

Üçüncü vəba epidemiyası - 1855-ci il ilə 1859-cu il arasında Çində başlayan və dünyaya yayılan virus təkcə Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb olub. Təsirləri bir əsr davam edən epidemiya Amerikanın qitəsinə Uzaq Şərqdən siçanlarla keçib. Tibb elmi bu xəstəliyin öyrənilməsinə və müalicəvi dərmanların hazırlanmasına imkan verib.

Birinci Dünya Müharibəsi zamanı tif xəstəliyi - 1914-1918-ci illər arasında "Typhus" bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibənin yaratdığı daha bir faciə idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü.

1918 İspan Qripi pandemiyası - Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş H1N1 qrip virusu dünyada yüksək atəş ilə 50-100 milyon sağlam insanın ölümünə səbəb olub. (Müasir dövrün Donuz Qripi epidemiyası). Virus dünyada yüksək tempraturla müşahidə edilməklə 50-100 milyon arasında sağlam insanın ölümünə səbəb olub.

1957 Asiya qripi pandemiyası - Çində başlayan virusunun ördəklərdə formalaşaraq insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Eyni vaksinlə epidemiyanın qarşısı alındı.

HİV (QİÇS) virusu - 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi üçün hələ bir həll yolu yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Mənbə: olaylar.az