VPN nədir və necə istifadə edilir?

VPN nədir və necə istifadə edilir?

Əgər internet sürətinizdə problem varsa, yaxud müəyyən saytlara giriş bloku qoyulubsa, axtardığınız həll VPN ola bilər.


TED.az Türkiyə mətbuatına istinadən VPN-in nə olduğunu və istifadə qaydalarını təqdim edir:


Hər ölkənin internetə çıxış qapıları var. Ölkədəki internet xidməti göstərən qurumlar isə bu qapılardan dünyaya çıxış əldə edirlər. Bəzən ölkə çapında internetdə baş verən yavaşlamanın səbəbi də bu keçidlərlə bağlıdır.


VPN nədir?


Əgər internetinizi sürəti zəifdirsə, VPN istifadə edərək bunu aradan qaldıra bilərsiniz. VPN olduğunuz ölkədə deyil, başqasında internetə girirsinizmiş kimi virtual tunel yaradır.


Bundan başqa, qadağan olunmuş saytlara giriş və daha az iz buraxaraq internetdə gəzişmə kimi bir çox avantajlar var.


Bəziləri üçün qadağan olunmuş saytlara girişin yolu olan VPN əslində bu məqsədə xidmət üçün yaradılmayıb.


"Virtual private network" sözlərinin abreviaturası olan VPN tərcümədə "virtual xüsusi şəbəkə" mənasını verir.


VPN şəbəkələrə məsafədən giriş icazəsi verən sistemdir. Yəni VPN istifadəçisi olmadığı bir nöqtədən şəbəkəyə qoşula, məlumat transfer edə bilər.


VPN necə işləyir?


VPN iki nöqtə arasında virtul şəbəkə yaradır. Daha sonra istifadəçiyə digər şəbəkədən bir IP verir. İstifadəçi bu IP ilə icazə verilən bazalardan yararlana bilər.


VPN tərəfindən yaradılan şəbəkə drayveri şifrəli olduğu üçün mütəxəsisslər istifadəçinin olduğunu bisələr də, yerini, giriş etdiyi məlumatları aşkar etməyi bacarmırlar.


VPN-in hansı növləri var?

 

VPN-in 2 növü var. Bunlar məsafədən giriş və saytdan sayta transfer kimi bilinir.


Məsafədən girişdə iş mühitində olmayan VPN istifadəçisinin internet vasitəsilə xüsusi şəbəkə serverinə girişini təmin edir. Saytdan sayta VPN-də sə iki fərqli qurum arasındakı ortaq şəbəkədən yönləndirilmiş bağlantının istifadəsi mümkün olur.

 

Qısası, VPN yalnız qadağan edilmiş saytlara girmək üçün yaradılan sistem deyil. Eyni zamanda, istifadəçilərin virtual şəbəkə yaratmalarını və bununla işlərini asanlaşdırmalarını təmin edən xidmət növüdür.

 

VPN necə qurulur?


Pullu və ya pulsuz VPN tətbiqini kömpüterə, yaxud, mobil cihazınıza yükləyib qurşadıra bilərsiniz. Tunnelbear, Hotspot Shield VPN kimi fərqli tətbiqlərdən istifadə etmək mümkündür.


Pulsuz VPN proqramlarında müəyyən sürət limiti var. Daha sürətli istifadə üçün daha sürətli paketləri əldə etməlisiniz.


Bundan başqa, Google Chrome kimi brauzerlərdə ZenMate VPN funksiyasını aktivləşdirib, proqram yükləmədən istifadə edə bilərsiniz.

 

Cavid QƏDİR

Mənbə: ted.az