Maserati yeni idman avtomobilinin adını açıqlayıb - FOTO

Maserati yeni idman avtomobilinin adını açıqlayıb - FOTO

Maserati şirkəti bu ilin may ayında təqdim etməyi planlaşdırdığı idman avtomobilinin adını açıqlayıb. Avtomobil MC20 adını alacaq, 2004-cü ildə debüt edən orta mühərrikli MC12 superkarının varisi olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobil hazırda Maserati mühəndislərinin hazırladığı V6 mühərrikini alacaqdır. Bundan əlavə, 2021-ci ilə qədər modelin rodster kuzovlu versiyası və daha sonra isə, tamölçülü elektrokar göstərilə bilər.

Gələcək idman avtomobilinin testlərindən ilk görüntülər ötən ilin noyabrında ortaaya çxımışdılar. O zaman, şirkət yollara Alfa Romeo 4C kimi maskalanmış prototipi buraxmışdı. Bununla belə, eksteryer dizaynındakı bəzi elementlərin seriya versiyasına köçürülməsi də mümkündür.

Maserati MC12 sportkarı 2004-cü ildən 2005-ci ilədək cəmi iki il ərzində istehsal olunubdur. Avtomobil Ferrari Enzo platformasında inşa edilmiş və 6,0-litrlik V12 mühərrikini də ondan almışdı. MC12 modelinin buraxılış tirajı 62 nüsxədən ibarət olub. Onlardan 50 nüsxəsi ümumi yollar, 12 ədədi isə trek üçün hazırlanmışdı .

 

Orta mühərrikli idman avtomobili uzun 37 illik fasilədən sonra şirkətin avtoidmana qayıtmasına kömək edib. Yəqin ki, MC20 modeli də bənzər missiyanı yerinə yetirmək üçün yaradılıbdır, çünki Maserati yenidən yarışlara qayıtmağı planlaşdırır.

Milli.Az

Mənbə: news.milli.az