TopCar atelyesi yenilənmiş Macan modelini aqressivləşdirib - FOTO

TopCar atelyesi yenilənmiş Macan modelini aqressivləşdirib - FOTO

Rus TopCar tüninq atelyesi yenilənmiş Porsche Macan üçün vizual təkmilləşdirmələr dəstini hazırlayıb. Təkmilləşdirilmiş krossover geniş kuzov dəsti, karbondan dekorativ əlavələr və xüsusi 22-düymlük təkər diskləri sayəsində aqressiv görkəmə malik olub.

Yenilənmiş Porsche Macan krossoveri yeni ön splitter, kapot, arxa qapı və qanadların genişləndiriciləri, karbona bənzədilmiş və ya kuzov rənginə boyanmış xüsusi işləmələr, yeni diffuzor və spoyler ilə təchiz olunubdur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, TopCar, kuzov dəstinin bütün hissələrinin vakkumla formalaşdırma yolu ilə kevlar və karbondan hazırlandığını vurğulayır. Bu detalların quraşdırılması üçün uyğunlaşma aparmaq və yeni bərkitmə yerlərini əlavə edilməsi tələb olunmur. Yeni quraşdırılmış elementlər Macan S modelinin üzərində çəkilibdir. Lakin, oxşar URSA dəstini krossoverin digər versiyalarına (Turbo və ya GTS) da quraşdırmaq olar.

Yenilənmiş Macan modeli üçün nəzərdə tutulmuş URSA kuzov dəsti, restaylinqdən əvvəli krossover üçün hazırlanmış eyni adlı dəstdən daha ucuzdur. Məsələn, kuzov rənginə boyanmış dəst 526 min rubla (14 min manat), karbondan hazırlanmış eyni hissələr isə 834 min rubla (22 min manata) başa gəlir. 335/25 R22 ölçülü nazik profilli Continental şinləri və 22-düymlük təkər diskləri bu qiymətə daxil deyil.

 

Milli.Az

Mənbə: news.milli.az