Ən parlaq ulduz alimləri təşvişə salıb

Ən parlaq ulduz alimləri təşvişə salıb

Alimlər son zamanlar parlaqlığı rekord həddə azalmış Betelgeyze ulduzunun yaxın günlərdə partlayıb-partlamayacağından əmin deyillər, amma deyirlər ki, partlayışı bir həftə əvvəldən xəbər verə biləcəklər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər bunu xeyli miqdarda neytrinonun ayrılması ilə təyin edəcəklər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi işçisi Nikolay Samus və Şternberq adına Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi Vladimir Surdin məlumat veriblər.

​Betelgeyze - Orion bürcündə ulduzdur. Bu qırmızı nəhəngin parlaqlığı bizim Günəşin parlaqlığından 80-105 min dəfə çoxdur. O, astronomlara məlum olan ən nəhəng ulduzlardan biridir. Əgər onu Günəşin yerində qoya bilsək, ulduzun kənarı Mars, ya da Yupiterin orbitinə toxunardı. Betelgeyzenin kütləsi isə Günəşdən cəmi 17 dəfə çoxdur. Son zamanlar onun parlaqlığı həddən artıq azalıb. Müxtəlif qiymətləndirmələrə görə, Yerdən Betelgeyzeyə məsafə təxminən 613-880 işıq ili təşkil edir.

"Mən dəyişkən ulduzlar kataloqunun redaktoruyam. Betelgeyze belə ulduzlardan biridir. Onun qeydə alınmış ulduz ölçüsü +1.3-dür. Amma o, bu rekordu vurub keçib. O, 1.6-1.7-yə düşüb. Ulduz çox dərinə "düşüb", bu, ləng olub, amma indi böyük əminliklə "geri qayıdır". İndi 1.2 addım geri gəlib. Parlaqlıq əyrisi çox inandırıcıdır. Amma Betelgeyzenin bu bənzərsiz minimumu hansısa partlayış aktivliyi ilə bağlı olacaq, ya yox - bunu heç bir insan bilmir, heç kim də deyə bilməz, nə mən, nə də "Vikipediya"", - Samus deyib.

​Surdin isə bildirib ki, ulduz partlayarsa, ətrafa, o cümlədən Yer tərəfə külli miqdarda müxtəlif zərrəciklər və şüalar yayılacaq: "Burada, Yerin səthində bu, təhlükəsiz olacaq, amma kosmonavtlar və peyklər üçün çox təhlükəli anlar yarana bilər".

Partlayışdan bir həftə əvvəl alimlər ondan xəbər tutacaqlar, çünki ulduz xeyli neytrino səpələyəcək. Onları ABŞ və Yaponiyada yerləşən neytrino detektorları qeydə alacaq. "Detektorların şkalası yerindən oynayacaq", - Surdin deyib.

"Yəni biz bir həftə öncədən xəbərdarlıq edəcəyik. Amma bu yaxın 10 min il ərzində ola bilər", - alim deyib.

Milli.Az

Mənbə: news.milli.az