Koronavirusla hipertoniya arasında əlaqə təsdiqləndi

Koronavirusla hipertoniya arasında əlaqə təsdiqləndi

Çinli alimlər bir araşdırma aparıblar və Uhandakı koronavirusdan xəstələnənlərin ölümünə təsir edən risk faktorlarını təyin ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, "İzvestiya"nın yazdığına görə, araşdırmalar hipertoniyanın koronavirus infeksiyasının ən yaxın yoldaşına çevrildiyini təsdiq edib. Xəstəxanaya yerləşdirilən hər ikinci xəstə yüksək təzyiqdən əziyyət çəkirmiş.

Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, hipertoniya üçün dərmanlar COVID-19 proqnozunu pisləşdirə bilər.
Moskva Fizika və Texnologiya İnstitutunda əhali sağlamlığının göstəricilərinin təhlili və səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması laboratoriyasında qeyd olunduğu kimi, bu nəzəriyyə hələ klinik təsdiqini tapmayıb.
Xatırladaq ki, yeni il öncəsi Çinin Uhan şəhərində naməlum növ pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib.

Mənbə: sia.az