Keçi dərisində 3 ay mağarada saxlayırlar - FOTO

Mersinin Silifke rayonunda tamamilə təbii yollarla istehsal olunan dəri pendiri soyuq hava anbarı kimi istifadə edilən mağarada 3 ay mühafizə edilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan kəndlilər aprel, may və iyun aylarında əlləri ilə sağdıqları keçi və qoyunların südünü bir müddət saxlayır. Ənənəvi mayalandırılan pendirlər xüsusi hazırlanan dərilərə basılır. Pendir sərin və rütubətsiz şəraitdə 3 ay saxlanıldıqdan sonra süfrələrə təqdim olunur. Bu pendir özünəməxsus dadı ilə fərqlənir.

İstehsalçı Əli Katarcı bildirib ki, dəri pendiri o bölgəyə xas məhsuldur. Bu pendir kənd qoyunlarının südündən hazırlanır. O bildirib ki, pendir həm tam yağlı süddən, kərə yağı istehsalından qalan ayrandan da düzəldilir.

Sonxeber.az

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur opera ifaçısı da koronavirusa yoluxub

SONRAKI XƏBƏR

Türkiyəli həkim koronavirusdan dünyasını dəyişdi -Millət vəkilinin qohumu imiş