Virusları aşkar etmək üçün... - Koronavirus diaqnozunda yeni ümid

Vaterlo Universitetindən professorlar Linda Vanq, Aleksand Vonq və Kanadanın "DarvinAI" adlı şirkəti "COVID-Net" adlı süni intellekt hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu süni intellekt sadəcə ağciyər rentgeni ilə koronavirusa diaqnoz qoya bilər.

Viral və bakterial infeksiyası olan minlərlə xəstənin ümumi 5.941 ədəd rentgen nəticəsini toplayan tərtibatçılar məlumatları "COVID-Net"in bazasına yükləyiblər. Beləliklə, COVID-Net sadəcə ağciyər rentgenlərini müayinə edib, verilənlər bazasında bu məlumatlara əsaslanaraq koronavirus diaqnozunu müəyyən edib.

"DarwinAI"ın baş direktoru Şeldon Fernandezin sözlərinə görə, "COVID-Net" hələ ki tibbdə istifadə olunacaq vəziyyətdə deyil, inkişaf etdirilməlidir. Şirkətin direktoru dünya tədqiqatçılarını "COVID-Net" üçün çalışmağa çağırıb. Tədqiqatlarda iştirak etmək istəyənlərin işini asanlaşdırmaq üçün tərtibatçılar uzun araşdırmaların məhsulu olan məlumat dəstini bütün tədqiqatçılara pulsuz təqdim edir.

Ens.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada sərxoş polislər avtomobilin üzərinə idrar edib onun sahibini güllələdilər

SONRAKI XƏBƏR

Putin koronavirusa məhəl qoymadı, bunu da etdi - Şok