Çindən 1255 tənəffüs aparatı alan İlon Mask həm tənqid edildi, həm dəstəkləndi

Tesla və SpaceX-in baş direktoru İlon Maskın dünən atdığı tvitində COVID-19 kimi xəstəliklərin müalicəsində açar rolu oynayan tənəffüs cihazlarının alındığını bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, İ.Mask sözügedən cihazların koronavirus pandemiyasından dolayı ABŞ xəstəxanalarında rast gəlinən çatışmazlığı nəzərə alaraq Los-Ancelesə göndərdiyini açıqlayıb.

Kalifornyia qubernatoru Qevin Nyusom da dünən təşkil etdiyi mətbuat konfransında İ.Maskın COVID-19 xəstələrini müalicə etmək üçün ştat xəstənxanalarna təxminən 1000 cihaz bağışladığını diqqətə çatdırıb. Qubernator baş direktorun bu addımının əsl qəhrəmanlıq olduğunu deyib.

Qeyd edək ki, dünənki statistikaya əsasən Kaliforniyada 2203 koronaviruslu xəstə, 43 ölüm halı qeydə alınıb.

İ.Maskın bu addımını tənqid edənlər də az deyil. Təqibçilər onun Çindən tənəffüs cihazı gətirtməsinin nə dərəcədə qanuni olduğunu soruşublar. İ.Mask isə cavabında aşırı tələbdən dolayı belə qərar verildiyini deyib. Baş direktor əlavə edib ki, Çindən 1255 tənəffüs cihazı alıb. Bundan başqa, Mask izləyicilərindən pulsuz tənəffüs cihazına ehtiyacı olanların ona müraciət etmələrini istəyib.

Qeyd edək ki, İ.Mask qısa müddət əvvəl Tvitterdə çatışmazlıq yarandığı təqdirdə Tesla fabrikində tənəffüs aparatlarının istehsal edilə biləcəyini yazmışdı.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Fransada koronaya yoluxmuş 4 min insan sağaldı

SONRAKI XƏBƏR

Səfir: “Türkiyədəki iki mindən çox vətəndaşımız Azərbaycana gətirilib"