Smart üzüklər vasitəsilə COVID-19 virusuna yoluxan xəstələr müəyyən ediləcək

San-Fransiskoda Oura Ring smart üzüyündən istifadə edərək COVID 19 virusuna yoluxan və yoluxma ehtimalı olan insanların səhhəti izləniləcək.

ted.az bildirir ki, hazırda bu vasitə bir neçə insanın üzərində təcrübədən keçirilir.

Sözügedən üzük 2 mindən çox təcili tibbi yardım həkimlərinə verilib. Mütəxəssislər ümid edirlər ki, bu üzük vasitəsilə erkən simptomları bildirən alqoritm də hazırlamaq mümkün olacaq.

Xatırladaq ki, Oura Ring smart üzüyü vasitəsilə gün ərzində insanın bədən hərarətini və ürək döyüntülərini izləmək mümkündür.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir

SONRAKI XƏBƏR

Erməni hərbçilər koronavirusa yoluxa bilər