Nar Mobile istifadəçilərini virusla bağlı belə məlumatlandırdı

Nar Mobile istifadəçilərini virusla bağlı belə məlumatlandırdı

Bir sıra şirkətlər əhalini koronavirusa qarşı mübarizədə maarifləndirmək məqsədilə tədbirlər görür. Mobil operatorlar bu işdə aktiv rol oynayıblar. Nar mobile mobil operatoru da istidəçilərini virusla bağlı məlumatlandırmaq məqsədilə onlara bu barədə mesaj göndərir.

TED.az xəbər verir ki, mesajda operator istifadəçilərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb: "Dünyada yayılan yeni növ koronavirus (COVİD-19) infeksiyasının coğrafiyasını genişlənməsini nezere alaraq, ölkəmizdə qeyd olunan xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlətimiz müvafiq preventiv ve profilaktik tədbirlər görür. Özünüzün, doğmalarınızın, hər birimizin sağlamlığı naminə sizi görülən tədbirlərə laqeyd yanaşmamağa, koronavirus infeksiyası ilə mübarizədə vətəndaş - dövlət birliyi, həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməyə, evdən çıxmamağa çağırırıq.
#Evdeqal"

Mənbə: ted.az