Azərbaycanlı alim virusların testində yeni metod təklif edir

Dünyanın ən nüfuzlu elmi nəşrlərindən olan və virusologiya sahəsində elmi işləri təqdim edən “Viruses” aylıq jurnalı COVİD-19-a savaş açıldığı bir dönəmdə maraqlı məqalə dərc edib.

“Müxtəlif statistik qiymətləndirmələrə görə,planetimizdə 320 mindən çox müxtəlif viruslar var və onlar sürünənlərdə, xırda canlıların üzərində yaşayırlar. Bu nəhəng müxtəlifliyin içərisindən insan oğlu sirli orqanizmlərin yalnız bir faizini öyrənməyə müyəssər olub”,- deyə Moskvada yaşayan həmyerlimiz, Fizika- Texnika İnstitutunun Tətbiqi Fizika və Tarixi Genetika Laboratoriyasının əməkdaşı Kamil Hafizovun məqaləsində bildirilir.

“Patologiyalara səbəb olan virusların böyük hissəsi öyrənilməyib, bu səbədən də onları tanımaq praktiki olaraq mümkün deyil.Hazırda istifadə olunan test sistemlər virusun konkret və məlum ştammlarını müəyyən etməyə imkan verir.İnsanlar faktiki olaraq nəhəng dənizi iynə deşiyindən nəzər salaraq görmək istəyirlər. Bu mümkün deyil”,- deyə o fikrinə aydınlıq gətirib.

Kamil Hafizov öz məqaləsində Polimeraz zəncir reaksiyası (PZR) analizinin çatışmazlıqlarından yazıb və yeni metotddan bəhs edib. PZR “Müasir tibbdə mikroorqanizmlərin molekulyar test metodudur , lakin praktiki olaraq az öyrənilmiş virusları müəyyən etməyə imkan vermir və bu da müasir virusologiyanın problemi olaraq qalmaqdadır.

Ən perspektiv metod olaraq NGS (Next Generation Sequencing) metodunu qeyd etmək istərdik. Bu çoxlu sayda DNK-nı eyni anda tanımağa imkan verir”,- deyə alim qeyd edib.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Elza xəstə nəvəsini çölə çıxardı, tənqid atəşinə tutuldu - FOTOLAR

SONRAKI XƏBƏR

Bakıda müntəzəm marşrut avtobusunda biabırçılıq - FOTO