Koronavirusla mübarizə üçün superkompüter yaradıldı

Koronavirusla mübarizə üçün superkompüter yaradıldı

(COVID-19) koronavirus pandemiyası ilə bağlı aparılan tədqiqatlar üçün xüsusi superkompüter konsorsiumu yaradılıb.

Open.az xəbər verir ki, konsorsium latın sözü olub - ortalıq, cəmiyyət deməkdir. Kommersiya iştirakçılarının təşkilati-hüquqi formalarından biridir. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə müvəqqəti olaraq yaradılır.

Konsorsiumun ixtiyarında - 330 PFLOPS gücü ilə çalışa bilən, 16 sistem birləşdirilib. Hər sistemdə isə öz növbəsində 775 min nüvəli və 34 min qrafik prosessor çalışır. Bu texnika sayəsində dünya üzrə tədqiqatçılar (COVID-19) virusunun müalicəsini fərqli üsullar ilə həyata keçirə biləcək.

Pandemiyanın geniş yayıldığı bir dövrdə - bioinformatika, epidemiologiya və molekulyar modelləşdirilmə kimi sahələr daha dəqiq tədqiq edilməlidir. Buna görə də, superkompüterlərin yaradılması zəruri bir hal kimi bəşəriyyətin öhdəlikləri sırasına qatılıb.

Sözügedən superkompüterlər sayəsində virusla mübarizə sürətləndiriləcək. Eyni zamanda dünya ekspertlərinin hər birinin təklifləri qiymətləndirilərək onlar üçün ən son yeniliklər ilə təchiz olunan superkompüterlər ərsəyə gətiriləcəkdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, "Ağ Evdə" düzənlənən mətbuat konfransı zamanı konsorsiumda iştirak etdiklərinə görə Google, Microsoft, Amazon, Massaçusets Texnologiya Universiteti və NASA-ya öz təşəkkürünü bildirib.

Günel Gözəlova

Mənbə: open.az